İlon Mask "Tesla" və "SpaceX" şirkətləri haqqında kitab yazmağa başlayıb
7 Fevral 2021 21:03 (UTC+04:00)
Amerikalı biznesmen İlon Mask "Tesla" və "SpaceX" şirkətləri haqqında kitab yazmağa başlayıb.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, İ.Mask bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Biznesmen bildirib: "Tesla" və "SpaceX" - Yer və Marsın - hekayələrini açıqlamağın vaxtı gəldi".
Xatırladaq ki, ötən həftə ərzində İ.Maskın sərvəti 11,5 milyard dollar artıb.