4 aydır itkin düşən hərbçimizin şəhid xəbəri gəlib

6 Fevral 2021 23:25 (UTC+04:00)

4 aydır itkin düşən hərbçimizin şəhid xəbəri gəlib.

SİA-nın məlumatına görə, Tərtər rayon Köçərli kənd sakini olan 1991-ci il təvəllüdlü Ələkbərli Ələkbər bu gün torpağa tapşırılıb.

Yaxınlarının sözlərinə görə, Ələkbər döyüşlərə tankçı kimi qatılıb.

Onun barədə 4 ay idi xəbər yox idi. Şəhidimizin nəşi bu gün ailəsinə təhvil verilib.