İngiltərədən Hollandiyaya uçan təyyarənin şassi bölməsində 16 yaşlı yeniyetmə keniyalı aşkar edilib. Maraqlıdır ki, 5800 metr yüksəklikdə 100 km-dən artıq məsafə qət edən təyyarənin şassi bölməsində onun sağ qalması möcüzə hesab edilir. Hazırda yeniyetmə ağır hipotermiya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
SİA bu barədə xarici mediaya istinad edərək bildirir.
Yeniyetmənin Türk Hava Yollarına məxsus "Airbus A330" yük təyyarəsinin uçuşdan bir gün əvvəl Nayrobi hava limanında dayanmasından istifadə edərək şassi bölməsinə girib gizləndiyi ehtimal edilir.
Maraqlıdır ki, liman əməkdaşlarından biri yeniyetmənin "uçuşdan sağ çıxmaq üçün olduqca şanslı olduğunu" da gizlətməyib. Onun sözlərinə görə, adətən, biletsiz sərnişinlərin münasib bilıb gizli yolla daxil olduqları şassi bölməsində, çox vaxt onların meyitləri çıxarılır. Liman əməkdaşının fikrincə, yeniyetmənin sağ qalmasının əsas səbəbi uçuş müddətinin (cəmi bir saat) və hündürlüyün (təyyarə 5800 metr yüksəkliklə uçub) az olmasıdır.
Ağasəf Babayev