Saxta pulları qadınlara xərcləyirmiş

6 Fevral 2021 10:56 (UTC+04:00)

İsveçrənin Bazel şəhər sakininin yaşadığı evdə saxta pullar çap etdiyi məlum olub. Belə ki, şəxsi evində avro və frank əskinasları çap edən 50 yaşlı isveçrəli bu pulları əsasən vaxt keçirmək üçün evinə çağırdığı qadınlara sərf edirmiş. SİA bu barədə xarici mətbuata istinadən məlumat verir.

Maraqlıdır ki, cinayətin üstü onun yanında olan qadınlardan birinin xidməti qarşısında kişidən aldığı frankı banka yatırmaq istərkən açılıb. Belə ki, qazandığı frankın saxta olduğunu eşidən qadın yerli polisə şikayət edib.

Qadının istiqamətləndirdiyi ünvana gələn polis əməkdaşları isveçrəli kişinin evindən printer, eləcə də, digər saxta əskinaslar aşkar ediblər. Maraqlıdır ki, məhkəmədə çap olunan əskinasların keyfiyyətsiz və hətta bəzi hallarda səhv yazıldığını dilə gətirən hakim qadınların bundan duyuq düşməmələrinə təəccüblənib.

...İsveçrəli kişi saxta pul dövriyyəsi ittihamı ilə üç il şərti cəzaya məhkum edilib.

Ağasəf Babayev