Keşiş körpəni öldürdü

6 Fevral 2021 09:56 (UTC+04:00)

Rumıniyada vəftiz (xaç suyuna salınma) mərasimi zamanı körpə ölüb. Belə ki, üç dəfə suya batırdıqdan sonra uşaq keşişin əlində huşunu itirib. SİA xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, həkimlər körpəyə ürək tutması diaqnozu qoysalar da, yarılma zamanı körpənin ciyərlərinin su ilə dolu olduğu məlum olub.

Verilən məlumata görə, adam öldürmə maddəsi ilə ittiham olunan keşiş həbs edilib.

Qeyd edək ki, baş verən hadisədən sonra cəmiyyəti sərt tənqidlər izləməkdədir. Belə ki, ölkədə, vəftiz (xaç suyuna salınma) ayinini dəyişdirmək üçün imza toplamağa başlayıblar. Rumunlar vəftiz zamanı körpənin suya batırılmasını su tökməklə əvəzlənməsini təklif edirlər. Amma Rumıniya Pravoslav Kilsəsi bu təklifləri rədd edib.

Ağasəf Babayev