Qurban olum

5 Fevral 2021 19:34 (UTC+04:00)

Könlümün ulu xətrisən,
Şeirimin uca sətrisən,
Ruhumun layla ətrisən,
Şuşam, sənə qurban olum!

Bax ömrümün hər ayına,
Gəl bəxtimin sarayına,
Bu torpağın harayına,
Yetər, sənə qurban olum!

Zaman baxır şahid kimi,
Durmuşam mücahid kimi,
Səngərlərdə şəhid kimi,
Bitən, sənə qurban olum!

Vurğunam, tanı halımdan,
Tez qovuşaq torpağında,
Qarabağ tək xəyalımdan,
Ötən, sənə qurban olum!

Qarabağın baş tacısan,
Dərdlərimin əlacısan,
Könlümüzün sultanısan,
ŞUŞAM sənə qurban olum!

Aysel NAZİM