80 yaşlı mühasib 8 milyon oğurlayıb

5 Fevral 2021 14:40 (UTC+04:00)

Rusiyanın Krasnodar şəhərinin 80 yaşlı qadın sakini mühasib işlədiyi şirkətin hesabından səkkiz milyon rubl oğurlayıb.

SİA bu barədə “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir.

Verilən xəbərə görə, bir müddət əvvəl 52 yaşlı fərdi sahibkar, sahibi olduğu şirkətdə baş verən oğurluqla bağlı polisə şikayət edib. Şikayətlə bağlı yoxlamaya başlayan hüquq-mühafizə orqanları pulu fərdi sahibkarın 80 yaşlı baş mühasibinin oğurladığını aşkar ediblər.

Qadına qarşı “...böyük miqdarda dələduzluq...” maddəsi ilə cinayət işi açılıb. Ondan yaşadığı yeri tərk etməmək şərti ilə yazılı izahat alınıb.

Maraqlıdır ki, qadın indiyə qədər heç vaxt nə cinayət, nə də inzibati məsuliyyətə cəlb edilməyib. Buna baxmayaraq, hazırda faktla bağlı dəlil toplanılır.

Ağasəf Babayev