Gəncə rəssamlarının virtual sərgisi üçün əsərlərin qəbulu davam edir

5 Fevral 2021 13:36 (UTC+04:00)

Bölgələrdə yaşayan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncədə yaşayan rəssamların virtual sərgisi üçün əsərlərin qəbulu davam edir.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, virtual sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı, əlaqə nömrəsi və əsərin fotosunu məlumatları ilə birlikdə [email protected] adresinə göndərməlidirlər.
Əsərlərin qəbulu fevralın 20-dək aparılacaq.
Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.