Rusiyada 16-cı mərtəbədən yıxılan qız sağ qalıb

4 Fevral 2021 14:16 (UTC+04:00)

Rusiyanın əyalət şəhərində -Ryazanda 16-cı mərtəbədən yıxılan qız sağ qalıb. 12 yaşlı qız xəsarət alaraq xəstəxanaya aparılıb. İndi reanimasiyadadır.

SİA bu barədə "RİA Novosti"yə istinad edərək xəbər verir.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Verilən məlumata görə, hazırda Rusiyanın hüquq-mühafizə orqanları baş vermiş hadisəni araşdırırlar.

Xatırladaq ki, bu, Rusiyada sensasiya kimi dəyərləndirilən ilk hadisə deyil. Belə ki, bir müddət bundan əvvəl Moskvanın "Babuşkinskaya" metro stansiyasında relslərin arasına yıxılan qız da heç bir xəsarət almadan sağ qalıb. Buna səbəb isə qatar sürücüsünun sayıqlığı olub. Belə ki, hadisəyə vaxtında reaksiya göstərə bilən qatar sürücüsü qatarı dayandıra və relsləri enerjisiz qoya bilib.

Ağasəf Babayev