Yasamal rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam Elnurə və Aygün İsgəndərovaların birgə təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş onlayn sərgi təşkil edilib.
SİA-nın məlumatına görə, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ veteranı, rəssam Şəmsəddin Böyükdüzlünün şəhidlərə həsr etdiyi əsərlər nümayiş olunub.
Sərgiyə mərkəzin "YouTube" kanalı vasitəsilə baxa bilərsiniz.