Fevralın 5-də saat 19:00-da rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game proma-art” mövzusunda praktiki dərs keçiriləcək.
Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, layihənin iştirakçıları “Zoom” proqramı vasitəsilə Azərbaycanda yeni inkişaf edən bu sahə və digital sənətinin bir növü haqqında istedadlı rəssam Natiq Kamalın onlayn praktiki dərsində məlumat əldə edəcəklər.