"Hər ay özünüzü mükafat üçün təqdim etmək səhv yox, əxlaqsızlıqdır". SİA xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Gümrü ziyalılarının nümayəndələri ilə görüşü zamanı bəyan edib.
O, qeyd edib ki, 2018-ci ildə hakimiyyətə gələn qüvvələr vətəndaşlara yalançı ümid, ilham verdi. Lakin sonrakı hadisələr bütün hərəkətlərinin kreslolarında oturmağa yönəldiyini göstərdi. "İdarəetmə sistemində çalışanlar bilirlər ki, uğur qazanmaq üçün gecə-gündüz çox çalışmaq lazımdır. Həm də "köhnə" ilə "yeni"ni müqayisə edərək, bu hakimiyyət ağılsız qərarlar verdilər və köhnə dəyərləri tapdalamaqda çox "müvəffəq oldular", deyə keçmiş nazir tənqidi fikirlərini gizlətməyib.
Mükafatlardan danışan keçmiş nazir onları ordenlərlə müqayisə edib: "Hər ay özünüzü mükafata təqdim etmək sadəcə səhv yox, əxlaqsızlıqdır. Mükafatları müəllimlər, həkimlər, hərbi qulluqçular, çətin şəraitdə işləyən insanlar almalı olduğunu düşünürəm. Kiçik bir müvəffəqiyyət əldə etməyən hökumət sistemində heç kimin mükafat almağa haqqı yoxdur".