Misirdə kəşf edilən qızıl dilli mumiya - FOTO

3 Fevral 2021 15:09 (UTC+04:00)

Misirdəki son kəşflərdə ağzına qızıl dil qoyulmuş mumiyalar tapılıb. İsgəndəriyyədəki Taposiris Maqna Məbədində aparılan qazıntılar zamanı Qədim Yunan və Roma dövrlərinə aid mumiyalar 16 lahitdə basdırılımış vəziyyətdə tapılıb. Tapılan əsərlər arasında ağzında dilə bənzəyən qızıl əşyalı mumiya qədim dövrün daha bir ritualını günümüzə qədər gətirib çıxarıb.

SİA Misir KİV-lərinə istinadən xəbər verir ki, tədqiqatlar aparan mütəxəssislər bu qızıl dilin məqsədinin mumiyanın ölülərin hakimi olaraq bilinən Osiris tanrısı ilə danışması üçün qoyulduğuna inanırlar.

Misir Turizm və Tarixi Sənətlər Nazirliyinin sosial media hesabından edilən açıqlamaya görə, kəşfdəki digər görkəmli əsər kartonunda qızıl bəzəklər olan başqa bir mumiyadır.

Qazıntı qrupunun lideri professor Katlin Martinez bu mumiyanın buynuz və kobra bəzəkləri olan bir tac taxdığını, sinə qismində isə uclası tanrı Horosu təmsil edən şahin asılmış bir boyunbağı taxtıdığını göstərən qızıl bəzəklərin olduğunu deyib. Kəşf edilən antik əsərlər arasında bir qadın cənazə maskası, 8 qızıl tac və 8 mərmər maskası aşkarlanıb.

Nazirliyə görə, son 10 ildə üzə çıxan əsərlər Taposiris Maqna Məbədi haqqında bilinənləri dəyişdirib.