Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutunyan Dağlıq Qarabağda qanunsuz silahlı birləşmələrin buraxılmasına razılıq veriblər. SİA xəbər verir ki, bu barədə Facebook-da Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan bildirib.
Onun sözlərinə görə, ordunun yerinə formal olaraq milisin, qvardiyanın, yaxud polisin daxili qoşunların yaradılacağı da əhəmiyyətli deyil.
“Məsələ ondadır ki, Dağlıq Qarabağın yerdə qalan hissəsi müstəqil qaydada özünün təhlükəsizliyini qorumaq imkanlarını itirəcək”, deyən keçmiş səfir Paşinyan iqtidarının bu istiqamət üzrə iş apardığını bildirib.