Brüsselin Molenbek kommunasında yerləşən metro stansiyalarından birində sərnişinlərə bıçaqla hücum edilib.
SİA yerli “Vivacite” radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Cinayətkarın polis tərəfindən zərərsizləşdirildiyi bildirilib.
Hadisənin motivləri araşdırıldıqdan sonra yerli polis baş verənlərin terrorla əlaqəli olmadığını bildirib.