2021-ci ilin sonuna qədər amerikan "SpaceX" şirkəti heyəti tamamilə mülki vətəndaşlardan ibarət olan "Falkon 9" raketini orbitə buraxa bilər.
SİA "The Sun"a istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətindən bildirilib ki, buraxılış "Inspiration 4" proqramı çərçivəsində baş tutacaq.
"SpaceX" bu ilin son rübündən sonra "Inspiration 4" proqramı çərçivəsində orbitə çıxan ilk tam kommersiya astronavt missiyası olaraq "Falkon 9" raketini buraxmağı düşünür", - məlumatda deyilir. Uçuşun dörd iştirakçısından birinin "Shift 4 Payments"in qurucusu Cared Ayzekmenin olacağı, ekipajın qalan heyət üzvlərinin kimliyi isə daha sonra açıqlanacağı qeyd edilib.