“Fikusima-1” AES-in prezidenti Yaponiyada baş verən qəzaya görə, məsuliyyəti öz üzərinə götürüb

20 May 2011 10:22 (UTC+04:00)

Yaponiyada qəzalı vəziyyətdə olan "Fikusima-1" Atom Elektrik Stansiyasının operatoru olan TEPCO şirkətinin prezidenti Masataka Simidzu, baş vermiş qəzaya görə məsuliyyəti öz üzərinə götürərək istefa verib.

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, TEPCO şirkətində onun yerini top-menecer Katsutosi Tikudate tutacaq.

TEPCO-nun mətbuat xidməti prezidentin istefaya getməsi ilə bağlı heç bir şərh verməyib.

Qeyd edək ki, qəzanın baş verdiyi ilk günlərdə yapon KİV-ləri prezident Masataku Simidzunu sərt tənqid etmişdi.