Israil 1967-ci ilədək qüvvədə olan sərhədlərə qayıtmalıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama Dövlət Departamentində Amerikanın Yaxın Şərq və Şimali Afrikada strategiyasına həsr olunmuş nitqində deyib. O bildirib ki, Fələstin və İsrail sülh danışıqlarına qayıtmalı və sərhədlərlə bağlı məsələləri həll etməlidir.
Onun sözlərinə görə, Fələstin xalqı İsrail, İordaniya və Misirlə dəqiq sərhədlərə malik olmalı, həmçinin özünü idarəetmə hüququndan istifadə etməlidir.
Bundan əlavə ABŞ prezidenti İsrailin özünümüdafiəyə hüququ olduğunu, ələ keçirilmiş ərazilərin azad edilməsinin isə ikinci dərəcəli olmalı olduğunu bəyan edib. O qeyd edib ki, Fələstinlilər öz torpaqlarında təhlükəsizliyi özləri təmin etməlidirlər.