Xalça Muzeyinə ekskursiyalar davam edir

30 Yanvar 2021 12:40 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində Bakı Avropa Liseyinin şagirdləri üç gün ərzində qruplar şəklində muzeyin ekspozisiyası ilə tanış olublar və onlara Uşaq şöbəsinin əməkdaşları tərəfindən ustad dərslər keçirilib.

Muzeydən SİA-ya bildirilib ki, həmçinin Şuşa Dövlət Musiqili Dram Teatrının əməkdaşları, Sumqayıt şəhər 28 nömrəli orta məktəbin şagirdləri də Xalça Muzeyinə ekskursiya ediblər.

Xatırladaq ki, Xalça Muzeyi həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.