Azərbaycanda Kino Agentliyi yaradılacaq

30 Yanvar 2021 11:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Kino Agentliyi yaradılacaq. SİA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir qeyd edib ki, Kino Agentliyinin yaradılmasında əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə investisiyaları, xarici investorları cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.