Dövlət Rəsm Qalereyası növbəti virtual sərgiyə hazırlaşır

29 Yanvar 2021 13:10 (UTC+04:00)

Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və www.artgift.az saytının dəstəyi ilə fevralın 2-də saat 20:00-da “Nizami Gəncəvi İli” çərçivəsində Gənclər Gününə həsr olunan “Axın” adlı virtual rəsm sərgisi açılacaq.

Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, sərgi gənclərin inkişafını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək, yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə həyata keçiriləcək.

Sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri nümayiş olunacaq.