Mebellər istənilən bir ağac kimi laboratoriyalarda böyüdüləcək - TƏDQİQAT

29 Yanvar 2021 12:00 (UTC+04:00)

Evinizdəki taxta mebellərin meşələrdə bir ağac kəsmədən laboratoriyalarda istehsal olunmasını istərdiniz? Cavabınız "bəli" olarsa, ABŞ-ın ən prestijli universitetlərindən biri olan MIT-də ağac hüceyrələri üzərində aparılan iş mütləq diqqətinizi cəlb edəcəkdir.

SİA xəbər verir ki, "Journal of Cleaner Production"-da yayımlanan bir məqalədə tədqiqatçılar Zinna bitkisinin yarpaqlarının toxumasını torpaq və günəş olmadan ağac kimi bir quruluşa necə nail olduqlarını ətraflı şəkildə izah edirlər. "Bitki hüceyrələri kök hüceyrələrə bənzəyir" MIT Microsystems Texnologiya Laboratoriyasının baş elmi işçisi və məqalənin həmmüəllifi Luis Fernando Velasquez-Garcia əlavə edir: "Onların çox şeyə çevrilmək potensialı var"- deyə bildirib.

"Taxta masa və ya stul yetişdirmək"

Mexanika mühəndisliyi doktorantı və məqalənin aparıcı müəllifi Aşley Bekviz, bitki hüceyrələrini istədikləri formada "tənzimləmək" qabiliyyəti ilə bu prosesi daha səmərəli materiallar istehsal etmək üçün istifadə edə biləcəklərini söyləyir.
"Ağaclar uzun silindrik dirəklər şəklində böyüyür və biz bu cür dirəkləri sənaye tətbiqetmələrində nadir hallarda istifadə edirik"-deyə bildirir tədqiqatçı. "Beləliklə, 20 il böyümək və nəticədə tullantı məhsulu olmaq üçün sərf etdiyiniz materiallar əvəzinə düzbucaqlı panellər kimi daha praktik strukturlar və ya yığılmasına ehtiyac olmayan bir masa yaratmaq mümkündür. Bu daha az israfa səbəb olacaq və ağac kəsmək üçün istifadə olunan ərazini meşə kimi qoruyacaq"- deyə vurğulayıb.

"Proses laboratoriyada yetişdirilən qida məhsulları ilə eynidir"

Fikir laboratoriyada yetişdirilən ətə bənzəyir (hüceyrə ilə hazırlanan ət); Çünki tədqiqatçılar hüceyrə ilə hazırlanan ət bütün heyvanı böyütmə ehtiyacını ortadan qaldırdığı kimi, bütün bir bitki yetişdirmədən təcrid olunmuş toxumalar istehsal edə bilərlər.

Bundan əlavə, Bekviz bitki hüceyrə mədəniyyətlərinin böyüməsinin heyvan hüceyrə mədəniyyətlərinə nisbətən daha asan olduğunu, bu da laboratoriyada yetişdirilən ağac və məhsulların maliyyə rəqabətini artıracağını ifadə edir. Velasqez-Garsia bu müddətin qida məhsullarında olduğu kimi ciddi keyfiyyət yoxlamalarından keçməyəcəyini və bu səbəbdən ticarət baxımından sürətlə qəbul edilə biləcəyini söyləyir.

Tədqiqatçılar hələ tədqiqatın ilk mərhələlərindədirlər. Bununla birlikdə, bu hüceyrələrin uğurla böyüməsi, yeni bir biyomaterial hazırlamaq üçün bir başlanğıc nöqtəsi təmin edə bilər.

Beləliklə, zibilxanalara daxil olan plastik və digər materiallardan bioloji parçalana bilən materiallara keçidi sürətləndirməyə kömək edə biləcək bir proses başlana bilər.