Şuşanın bərpası və dirçəlməsi hamının işidir

28 Yanvar 2021 18:37 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev 8 noyabr 2020-ci ildə qədim Azərbaycan şəhəri Qarabağın incisi Şuşa şəhərinin mənfur düşmənlərdən azad edilməsi barədə Azərbaycan xalqına müjdə verərək dedi: "Əziz Şuşa sən azadsan! Əziz Şuşa biz səni dirçəldəcəyik!".

Həmin əlamətdar gündən bizi 3 aya yaxın bir vaxt ayırır. Bu müddətdə Şuşanın dirçəlməsi istiqamətində görün nə qədər işlər görülüb:

12 noyabr 2020-ci ildə Şuşa polis şöbəsinin Şuşa şəhərinə keçirilməsi, Qarabağ xanı Pənahəli xanın nəslindən olan Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olan general-mayor Zaur Məmmədovun Şuşa şəhərinin ilk komendatı təyin olunması, 14 yanvar 2021-ci ildə Prezidentimiz Cənab İlham Əliyevin Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Şuşa səfəri, onların Şuşada mövcud vəziyyətlə yerində tanış olması, birbaşa Şuşadan Azərbaycan xalqına verilən mesajlar, Cənab Prezident tərəfindən Şuşanın mədəniyyət paytaxtı elan etməsi, Şuşaya gediş-gəlişi asanlaşdırmaq üçün Füzuli-Əhmədabad-Şuşa yolunun çəkilişi, Füzuli rayonunda Beynəlxalq hava limanının təməlinin qoyulması, Şuşanın mənzil fondunun və kommunal infrastrukturunun yenidən qurulması üçün görülən tədbirlər, İSESCO-nun Baş katibi tərəfindən Şuşanın islam mədəniyyətinin paytaxtı elan edilməsi barədə təklifin verilməsi, Türk Şurasının Baş Katibi tərəfindən Şuşanın türk dünyasının paytaxtı seçilməsi barədə təklifin səsləndirilməsi, bu il Şuşada “Xarı bülbül” musiqi festifalının və “Vaqif Poezya günləri” nin keçirilməsi barədə Prezidentin göstərişləri, klassik Azərbaycan şairi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin məqbərəsinin bərpası, Şuşadakı mədəniyyət və dini abidələrin bərpası ilə əlaqədar verilən tapşırıqlar, Azərbaycan sənət korifeyləri Üzeyir bəy Hacıbəylinin və Bülbülün, Xan qızı Natəvanın güllələnmiş heykəllərinin Şuşaya gətirilməsi və burada qoyulması, Azərbaycan Respublikası Mədəniyyət naziri Aydın Kərimova qəbul edərkən verdiyi tapşırıq və tövsiyyələr, Şuşa şəhərinə xüsusi nümayəndələrin təyin edilməsi və bununla əlaqədar bu vəzifəyə təyin olunan Aydın Kərimova verilən tapşırıqlar Şuşa ilə bağlı müxtəlif ölkələrdə təqdimatlar və sərgilərin keçirilməsi ilə əlaqədar, habelə hazırda Şuşada aparılan bərpa işləri barədə Azərbaycan və beynəlxalq ictimaiyyətinin məlumatlandırılması barədə verdiyi tapşırıqlar Azərbaycan ictimaiyyətində qürur hissi yaradır, əhali tərəfindən böyük rəğbətlə qarşılanır və deməyə əsas verir ki, “Azərbaycan xalqının qəlbində xüsusi yerə malik”, Qarabağın Tacı olan Şuşanın” dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyi gün lap yaxındadır.

Cənab Prezidentimiz dediyi kimi: “Biz Şuşanı dünyanın ən gözəl şəhərləindən birinə çevirməliyik və çevirəcəyik... Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir”.

Ramiz Göyüşov,

YAP Binəqədi rayon təşkilatının sədri