Şəhid Əliyev Orxan Ədalət oğlunun ailəsi ziyarət edilib FOTOLAR

28 Yanvar 2021 17:16 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əliyev Orxan Ədalət oğlunun ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib və yardım olunub. Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və heç zaman unutmayacaq.

Qeyd edək ki, Əliyev Orxan Tərtər Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və şəhid olub.