"Azərbaycan bəyan etdiyi prinsiplərdən bir addım belə kənara addımlamayacaq" POLİTOLOQ FİKRİ

28 Yanvar 2021 15:45 (UTC+04:00)

"Rusiya prezidenti Vladimir Putinin “dünya ictimaiyyəti Dağlıq Qarabağa hümanitar yardım etməlidir” bəyanatı bir sıra suallar doğurur". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

"Birincisi, Xankəndini, Xocavəndi, Ağdərəni Qubadlıdan, Ağdamdan, Zəngilandan və digər işğaldan azad edilən rayonlardan ayırmaq nə deməkdir? Məgər müharibənin fəsadları təkcə ermənilərin hal-hazırda yaşadıqları rayonlarda hiss olunur?

İkincisi, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu termini ayırmaqla dünya ictimaiyyətinin diqqətini məhz Xankəndinə yönəltmək olmaz. Rusiya yaxşı olardı kı, sülhməramlılarının məsuliyyəti altında olan rayonlardan birində sovetlərə qarşı döyüşmüş Njdeyə abidə qoyulması məsələsinə diqqət yetirsin

Üçüncüsü, Qarabağ Azərbaycan ərazisidir və maneələr olmasa Bakı özü orada hümanitar və abadlıq işləri ilə məşğul ola bilər.

Rusiyanın Dağlıq Qarabağda xərc çəkərək gördüyü hümanitar və infrastruktur işləri səbəbsiz deyil. Bu qədər işin qarşılığında uzunmüddətli plana malikdir. Lakin, heç kim unutmasın kı, Azərbaycan bundan sonra da, bəyan etdiyi prinsiplərdən bir addım belə kənara addımlamayacaq"-deyə, politoloq fikrini tamamlayıb.