Respublika Uşaq Kitabxanasından yeni təqdimat

28 Yanvar 2021 15:47 (UTC+04:00)

F.Köçərli adına Respublika Uşaq Kitabxanası mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filiallarının və metodistlərin istifadəsi üçün nəzərdə tutulan növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib. SİA-nın məlumatına görə, vəsait Aşıq Hüseyn Şəmkirlinin 210 və Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə hazırlanıb.

Vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Oxucular birinci hissədə Aşıq Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumatlandırılır.

Vəsaitin II hissəsi isə “Ələsgərəm, hər elmdən halıyam...” adlanır. Göstəricidə Aşıq Ələsgərin həyat və yaradıcılığından bəhs olunub və istifadəçilərə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyələr verilib.

Oxucular http://clb.az/elmi-metodika_k74.html linki vasitəsilə vəsaitdən yararlana bilərlər.