Bakıda daha bir yol kəsişməsində işıqfor quraşdırıldı

28 Yanvar 2021 15:10 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, bununla da növbəli hərəkət təmin edilərək yol-nəqliyyat hadisələrinin başvermə riski minimuma endirilib, ətrafda 2 tam orta məktəbin, 1 uşaq baxçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.