Marketdə müştərinin 17 min manatı oğurlandı

28 Yanvar 2021 14:06 (UTC+04:00)

İçərisində 17.000 manatı və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Sayadov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki marketlərin birindən Bakı şəhər sakini R.Vəlizadənin içərisində 17.000 manatı və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Sayadov saxlanılıb.