Mağazadan oğurluq edildi

28 Yanvar 2021 13:30 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Yusifov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul və 1300 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Yusifov saxlanılıb.