2021-ci il tənhalığa qarşı mübarizə ili olacaq?

28 Yanvar 2021 11:45 (UTC+04:00)

Ölkəsinin ən böyük investorlarından biri olan Norveçin aparıcı telekommunikasiya şirkəti “Telenor”-un mütəxəssisləri tənhalığa qarşı mübarizəni gələn ilin əsas tendensiyası adlandırıblar. Şirkətin yayımladığı icmalda qeyd olunur ki, dünyada subay insanların sayı koronavirus pandemiyasının başlaması ilə nəzərə çarpacaq dərəcədə artıb ki, bu da cəmiyyətin psixoloji sağlamlığına kəskin təsir edir.

Şirkətin acıqlamalarına diqqət çəkən SİA bu açıqlamalardakı bəzi nüansları oxucularının diqqətinə catdırır. Arxada qalan 2020-ci ilin tənhalığın cəmiyyətdəki əsas sağlamlıq problemi olduğunu göstərən norveçli mütəxəssislər 2021-ci il üçün ümıdli olduqlarını bildirirlər. Onların fikrincə, yüksək texnologiyalı ölkələr qısa müddətdə holoqrafik rabitədə genişlənmiş və virtual gerçəklikdən istifadə nümunələrini görəcəklər. Belə ki, subay insanlara kömək etmək üçün yeni süni intellektlə işləyən “çat botlar” (söhbət botları) bazara çıxarılacaq.

Maraqlıdır ki, pandemiya dövründə artıq “çat botlar”a qarçı maraq xeyli artıb. Yeri gəlmişkən bildirək ki, Rusiyada tənhalığa qarşı mübarizədə özünə dost axtaranlar üçün “Realy platforması” mövcuddur.

Ağasəf Babayev