Biləsuvarda yük maşını yanıb

28 Yanvar 2021 11:02 (UTC+04:00)

Biləsuvar rayonunda “HOWO” markalı yük avtomobilinin yanar hissələri və banının üzlüyü 1 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin yük hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.