Füzulidə sexdə yanğın

28 Yanvar 2021 10:59 (UTC+04:00)

Füzuli rayonunun Böyük Bəhmənli kəndində ümumi sahəsi 80 m² olan dülgər sexində taxta yonqarı 15 m² sahədə, orada olan dəzgahın rezin hissələri və elektrik kabeli 5 p.m yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.