"AŞPA-da erməni diplomatiyası məğlubiyyətlə üzləşdi" Arman Babacanyan

28 Yanvar 2021 10:42 (UTC+04:00)

"Ermənistan Milli Məclisinin sədri Ararat Mirzoyana məhkumlarla bağlı Milli Məclisin əlaqələndirici orqanının yaradılması təklifini təqdim edəcəyəm." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının Milli Məclisinin deputatı Arman Babacanyan deyib.

Erməni deputat üzləşdikləri məğlubiyyətlərini etiraf edib. “Bu gün Xarici İşlər Nazirliyinin mərkəzi aparatı, Ermənistan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyi və AŞPA-dakı erməni nümayəndə heyəti ilə təmsil olunan erməni diplomatiyası qəbuledilməz məğlubiyyətlə üzləşib. Əminəm ki, bütün səlahiyyətli orqanlar birgə, koordinasiyalı iş formatını rəhbər tutsaydı bu məğlubiyyətdən qaçmaq olardı”, deyə Arman Babacanyan bildirib.