Tunis prezidenti Kais Səidin iqamətgahı olan Karfagen sarayına şübhəli maddənin olduğu məktub gəlib.
SİA "ph.news.yahoo.com" saytına istinadən xəbər verir ki, bu barədə “Businessnews” informasiya portalı prezident administrasiyasına istinadən məlumat yayıb.
Karfagen sarayından olan mənbə portala bildirib ki, “çərşənbə günü prezident iqamətgahına şübhəli maddə olan bir məktub daxil olub”.
Portalın yazdığına görə, prezident Səid şübhəli zərflə kontaktda olmayıb. Zərfi açan administrasiya rəsmisi də özünü yaxşı hiss edir.