Səudiyyə Ərəbistanının atdığı siyasi addımlar Yəməndəki humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi

28 Yanvar 2021 02:49 (UTC+04:00)

Vashington Səudiyyə Ərəbistanının bölgədə atdığı siyasi addımları Yəməndəki ən böyük humanitar böhrana səbəb olduğunu hesab edir.

SİA-nın "news.yahoo.com" saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken brifinqdə bildirib.

"Eyni zamanda, bir çox qiymətləndirmələrə görə dünyanın ən pis humanitar böhranına səbəb olan Səudiyyə Ərəbistanının kampaniyasını görürük", - katib dedi.