Ceyhun Bayramov ilə Stefan Viskonti arasında telefon danışığı olub

27 Yanvar 2021 17:41 (UTC+04:00)

Yanvarın 27-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.