Rusiyalı terrorçular tutulub

27 Yanvar 2021 16:47 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələri beş nəfəri Rusiya vətəndaşı olmaqla 12 “İŞİD” yaraqlısını saxlayıblar. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib: “Ötən ilin axırlarında Suriyadan qeyri-qanuni yolla Türkiyəyə keçməyə cəhd edən 12 nəfər terrorçu tutulub. Reyhanlı rayon polis bölməsinə gətirilən bu terrorçuların sonradan 5 nəfərinin Rusiya, 4-nün Özbəkistan, 3-nün isə Qırğızıstan vətəndaşı olduğu müəyyən edilib”.

Nazirliyin məlumatında o da bildirilir ki, hərtərəfli araşdırma nəticəsində tutulan terrorçulardan birinin “qırmızı kateqoriya”ya daxil edilmiş təhlükəli terrorçu olduğu da üzə çıxıb.

Ağasəf Babayev