Tarix İnstitutuna yeni baş direktor seçilib

27 Yanvar 2021 16:35 (UTC+04:00)

Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının iclası keçirilib. SİA xəbər verir ki, iclasda tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov səsvermə yolu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru seçilib.

İclasda seçkinin nəticələrinin təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması barədə də qərar qəbul olunub.