Klintonlar PKK haqqında seriallar çəkəcək - QALMAQAL

27 Yanvar 2021 13:52 (UTC+04:00)

ABŞ-ön 42-ci prezidenti Bill Klintonun arvadı və Barak Obamanın prezidentliyi dövründə Dövlət Katibi vəzifəsini tutmuş Hillari və onların qızı Çelsi Klintonlar Suriyanın şimalında, Türkiyə ilə sərhəddə yerləşən Kobanidəki YPG/PKK-nin qadın terrorçuları barədə çəkiləcək filmin hüquqlarını əldə ediblər.

Klintonun ortağı yazıçı Qayle Tzemaç Lemon "Kobaninin qızları: Üsyan, cəsarət və ədalət hekayəsi" adlı kitabın televiziya proqramında təşkilatın sıralarındakı qadın "döyüşçülər"in İŞİD terror təşkilatına qarşı savaş apardıqlarından bəhs edilib.

Hollywood Reporter xəbər saytı yazır ki, Klintonlar "'Kobaninin qızları" filmini dünyanın hər yerdə tamaşaçılara təqdim etməyin həyəcanını yaşayırıq", deyə bildiriblər.

Qeyd edək ki, Qərb mediası da 2014-ci ilin oktyabr və 2015-ci ilin yanvar ayları arasında Suriyanın şimalındakı Kobani şəhərini mühasirəyə alan İŞİD terror təşkilatına qarşı YPG/PKK sıralarında "döyüşən" qadınlar haqqında geniş reportajlar hazırlayıb.