Qədim liman xarabalıqları tapılıb Suriya sahillərində

27 Yanvar 2021 14:16 (UTC+04:00)

Suriya sahillərində bu vaxta qədər məlum olmayan qədim bir limanın xarabalıqları aşkar edilib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Dmitri Tatarkov məlumat verib.
İnstitutun direktorunun sözlərinə görə, Suriya sahillərində tapılan və elmə məlum olmayan bu liman, ehtimal ki, Roma dövrünə aiddir.
"Tartusun şimalında elmə məlum olmayan bir liman, ehtimal ki, Roma dövrünə aiddir. Bəlkə də bu, bir liman deyil, eramızın birinci əsrinə aid dəniz qalasıdır. Hidravlik tikililərin qalıqları, mayak, dörd mərmər sütun, aşkarlanan keramika materialı obyektin daha ətraflı şəkildə tarixinin təyin edilməsinə imkan verəcəkdir. Bu, tarix elminə əvvəllər məlum olmayan böyük bir tapıntıdır", dedi Sevarkopol Dövlət Universitetinin mətbuat xidmətindən sitat gətirən Tatarkov bildirib.
Onun sözlərinə görə, elm adamları dəniz dibini vizual olaraq və idarə olunan sualtı nəqliyyat vasitələrinin köməyi ilə araşdırıblar. Eyni zamanda, limana əlavə olaraq, antik dövrün əvvəllər bilinməyən üç lövbərinin yanında qədim hidravlik tikililərin qalıqları da aşkar edilib. Çıxarılan keramika materialı indi Tartus Antikalar Departamentində işlənib bərpa edilir.