Bayden Moskvanın tələblərinə əməl edəcək

27 Yanvar 2021 13:57 (UTC+04:00)

Rusiya və ABŞ liderləri dünən ilk dəfə telefonda danışıblar. SİA-nın xəbərinə görə, Vladimir Putin və Cozef Bayden Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin (SHS-3) uzadılması haqqında razılıq əldə ediblər. “ABŞ və Rusiya SHS-3 müqaviləsini Moskvanın şərtləri ilə uzatmağa razılaşıb”-deyə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

Federasiya Şurasının Beynəlxalq Komitəsi Dövlət Dumasına SHS-3 müqaviləsinin uzadılması barədə razılığı ratifikasiya etməyi tövsiyə edib. Xatırladaq ki, Strateji Hücum Silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilənin müddəti fevralın 5-də bitəcək. Donald Tramp administrasiyası bu müqavilənin uzadılmasından imtina edirdi.