Rusiyada son sutkada 600-ə yaxın şəxs koronavirusun qurbanı olub

27 Yanvar 2021 13:40 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 3,75 milyonu keçib.

Ölkədə son sutka ərzində 17 741 nəfər virusa yoluxub, 594 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 774 672 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 71 076 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 202 483 şəxs virusdan sağalıb, 501 113 nəfərin müalicəsi isə davam edir.