Koronavirusu bir dəqiqədə öldürən sprey hazırlandı ŞOK

27 Yanvar 2021 13:36 (UTC+04:00)

Türk elm adamları bir dəqiqə ərzində koronavirusu öldürən bir sprey hazırlayıblar. SİA xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti məlumat dərc edib.
Məlumatda qeyd olunur ki, Türkiyənin Bursa şəhərindəki “Uludağ Universiteti”nin Mikrobiologiya Bölümü əməkdaşları, koronavirusu bir dəqiqə içində öldürə biləcəyini iddia olunan bir burun spreyi hazırlayıblar.
Virusu tamamilə öldürən “Genoxyn” spreyi Professor Şəhimə Gülsün Temel və Doktorlar Əhməd Ümid Sabancı və Güneyit Özəki tərəfindən hazırlanıb.
Doktor Sabancı, araşdırmaların koronavirus pandemiyasından əvvəl başladığını söyləyib. "Biz dərmanın antibakterial fəaliyyətə malik olduğunu göstərdik və pandemiya baş verdikdən sonra COVID-19 ilə mübarizəyə töhfə verəcəyimizi düşündük. Araşdırmamız spreyin virusu ağız və burun toxumalarında öldürdüyünü göstərdi. Bu sprey virusun yayılmasının qarşısını alan və sayını azaldandır", deyə Əhməd Ümid Sabancı izah edib.
Professor Təməl isə öz növbəsində qeyd edib ki, sprey koronavirusu bir dəqiqə ərzində selikli qişadakı epiteliya hüceyrələrinə zərər vermədən məhv edir.
"Üstəlik, bunun hüceyrələrə şəfa verdiyini də göstərdik. Buna görə də təhlükəsiz istifadə edilə bilər", deyə professor təsdiqləyib.
Alimlər spreyin yalnız COVID-19-a qarşı deyil, həm də müxtəlif bakteriya və göbələklərə qarşı yüksək effektiv təsir göstərdiyini iddia edirlər.