Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik

27 Yanvar 2021 12:55 (UTC+04:00)

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə qış tətili başlayır.

Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.