"Rəngli inqilabların bumeranqı ABŞ-a qayıtdı" - MÜSAHİBƏ

27 Yanvar 2021 13:14 (UTC+04:00)

Bayden prezident vəzifəsinə başladı. Amerikanın bir hissəsi müsbət dəyişikliyi gözləyir. Ancaq digər hissəsi məğlubiyyəti qəbul etmədi. Etirazlar ölkənin bir hissəsində geniş yayılıb və davam edir. Son illərdə ABŞ dünyada fəal şəkildə rəngli inqilablar aparır. İndi bu bumeranq tarixi vətəninə qayıdır? Rusiyanın nüfuzlu hərbi eksperti, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu məsələləri “Pravda”ya müsahibəsində şərh edib. Müsahibəni təqdim edirik

- İqor, ABŞ-ın 46-cı prezidentinin andiçmə mərasimi oldu. Tramp isə yeni bir partiya yaratdığını elan etdi. Ənənəvi olaraq Amerikanın 2 aparıcı partiyası var. Ümumiyyətlə qəbul edilmiş siyasi sistemin pozulmasından danışmaq olarmı? Bütün bu hadisələri necə qiymətləndirirsiniz?

- Düzü, heç bir güclü alternativ partiyaya inanmıram. Hər hansı bir yeni və ya köhnə partiyanın faktiki olaraq hakim partiyalar- Demokratik və Respublikaçı partiyalarla rəqabət etməsi ehtimalı çox azdır.

Bununla birlikdə, Tramp həqiqətən, ona səs verən və onu izləməyə hazır olan 70 milyondan çox insanın əksəriyyətini birləşdirəcək bir ictimai-siyasi hərəkat yarada bilər. Bu, eks-prezidentin şəxsi seçki potensialıdır, amma Respublikaçılar Partiyası deyil.

Bəlkə də Tramp indi dövlətə xəyanət ittihamlarından çəkinərsə, ona səs verən insanlar, 4 il içərisində siyasi bir möcüzə göstərməyə və Ağ Evə qayıtmağa imkan verən bir üstünlük yaradar. Buna inanmaq çətin olsa da.

ABŞ Sovet İttifaqının dağılması dövründə

Baydenə gəlincə, o, mənə Sovet İttifaqının siyasi xadimi Konstantin Ustinoviç Çernenkonu xatırladır- qısa müddət ərzində ölkənin sistemində ən yüksək vəzifələrə yüksəldilmiş və sürətlə unudulan bir adam.

Demək olar ki, 80 yaşındakı Bayden, keçmişdə Çernenkoda olduğu kimi bu cür fiziki formadadır, ya yuxuya gedir, ya unudur ya da sadəcə emosional olaraq tükənir və Amerika Birləşmiş Ştatları Prezidentinin vəzifələrini tam yerinə yetirməsi onun üçün olduqca çətindir- xüsusən də ABŞ-ın bu gün olduğu vəziyyətdə.

Açılış mərasiminin özü, əlbəttə ki, 3-cü dərəcə Latın Amerikası diktaturasının mühasirəyə aldığı bir qaladakı bir hərəkətə bənzəyirdi. Silahı olan insanlar, kütləvi kordonlar, çeklər, döyüşə hazır bir şəkildə terror hücumlarını gözləmək mühiti - Prezident Baydenin andiçmə mərasimini müşayiət edən budur.

Allah bu 4 ili tam işləməsini nəsib etsin. Axı ABŞ-ın 46-cı prezidentinin yaşı və fiziki vəziyyəti elədir ki, hər an ölümcül bir hadisə baş verə bilər və daha sonra hind əsilli, olduqca eksentrik bir qadın olan hazırkı vitse-prezident Harris dövlət başçısı vəzifəsinə gətirilə bilər.

Bütün sistemin köhnəlməsi

Bir sözlə, bugünkü Amerika gerçəkliyi sistemin sonunun həqiqətən havada olduğu hissini doğurur. 1980-ci illərin 2-ci yarısında təxminən eyni hissləri yaşadım - qarşıdakı SSRİ üçün dəhşətli və qaçılmaz bir şey gözləyirdim. Mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları bu gün belə bir vəziyyətdədir.

Biz heyrətləndirici şeyləri müşahidə etdik- ABŞ-ın siyasi sistemi necə dəyişdirildi, ağları diz çöküb qaradərilərin ayaqqabısını öpməyə məcbur edən nə kimi poqromlar var idi.

Trampın Vaşinqtondakı son günlərini də xatırlayırıq - Kapitoliyə basqın, ən yüksək qanunverici orqanların ələ keçirilməsi, ölümlə nəticələnən hallar da daxil olmaqla Konqres daxilində polislə toqquşmalar.

Əlbəttə ki, COVID-lə mübarizə adı altında ən yüksək bioloji qoruma kostyumları olan insanların Ağ Evdə Trampdan sonra qalan hər şeyin təqribən 300 min dollar dəyərində olan dezinfeksiyasının nümayişi.

Bir sözlə, baş verən hadisələr, Birləşmiş Ştatların hələ böhrandan keçmədiyini və hər an daha böyük problemlərin ölkənin üzərinə düşə biləcəyini fərz edir.

- Bəli, "melodiyanı sifariş edənlərin" yüksək intellektual bir təşkilat olmasına işarə etməyən çox əsəbi və emosional hərəkətlər var idi.

- Əlbətdə ki, insan amili var. ABŞ-ın bugünkü siyasi elitası- sonrakı Brejnev Siyasi Bürosu- onsuz da marazmatik pozğunluqların astanasında olan yaşlı insanlardır. Prezidentin özü də son illərdə Brejnev kimi onu daimi müşayiət edən növbətçi reanimatoloq komandasının tələb olunduğu bir vəziyyətdədir.

Çernenko, xatırladığım qədər, Movzoleyin kürsüsündə sadəcə soyuqladı və öldü. Göründüyü kimi, Baydenin səhhəti elədir ki, Amerika gizli xidməti ona qayğı göstərməlidir. Rusiyanı nəzərə almasanız, hələ də Yer üzündə ən güclü nüvə dövlətidir.

Bu vəziyyətdə bu cür tarixi paralelləri görəndə içimdə dərin bir heyrət hissi oyanır. Çox güman ki, ABŞ yenidənqurma önündədir. Sovet İttifaqı üçün bu proses SSRİ-nin dağılması ilə sona çatdı.

Bu və ya digər səbəbdən həmin Harris Baydenin yerinə gələ bilər. Bəlkə də o amerikalı Qorbaçova çevriləcək. Artıq orada çox şey dəyişir və transgenderlər, LGBT, BLM mənsubları yeni Amerika rəhbərliyinə dəvət olunub. Onların peşəkar keyfiyyətləri son dərəcə aşağıdır.

- İqor, dediniz ki, ABŞ indi SSRİ-nin dağılması kimi başa çata biləcək yenidənqurma ilə üzləşir. Üstəlik, yeni prezident komandasının üzvlərinin peşəkarlığı çox aşağıdır…

- Bəli, bütün bunlar ABŞ-ı gözləyir. Ağ Evin yeni komandasının peşəkarlıq səviyyəsi son dərəcə aşağıdır. Bu səbəbdən Amerikanı necə idarə edəcəkləri və xarici dünya ilə necə əlaqələr quracaqları da bəlli deyil. Bu, əlbəttə ki, çox böyük bir çətinlik yaradır.

Sızıntılarda səslənən yeganə müsbət siqnal, Baydenin andiçmə mərasimindən 2 həftə sonra bitən Strateji Nüvə Silahlarının məhdudlaşdırılmasına dair START III Müqaviləsini yeniləməyə hazır olmasıdır.

Bunu etmək üçün çox dar bir fürsət pəncərəsi var. Bu olarsa, çox yaxşı bir işarə olacaq. Biz də ABŞ ilə nüvə və raket silahları yarışına qarışmaq ehtiyacından qurtulacağıq. Bu olmazsa, dünya daha da gözlənilməz və təhlükəli hala gələcək.

- Sizcə, ABŞ-ın özündə vəziyyət necədir? Koronavirus pandemiyası, sərhədlərin bağlanması, hava səyahətinin məhdudlaşdırılması ilə əlaqədar amerikalıların evdə dövlət çevrilişi etməsi lazım olduğu bir zarafat var idi. Bu və ya oxşar bir şey mümkündürmü?

- Bu, ABŞ-a uçan bumeranqdır. Həm də dünyada, ilk növbədə keçmiş Sovet məkanında, Orta Şərqdə və Cənub-Şərqi Asiyada hakimiyyəti dəyişdirmək üçün rəngli inqilablar etdilər. İndi bu bumeranq geri qayıtdı.

Əslində, Amerika cəmiyyəti düşündüyümüz qədər firavan deyil. Fərqli xalqlardan, mühacirlərdən meydana gəlmiş yeni bir siyasi təbəqəni vəhşicəsinə əridən qazana çevrilib.

- Sovet hakimiyyəti dövründə dediyimiz kimi "yeni insanlar cəmiyyəti".

- Bəli. Orada “vahid xalq” məsələsi alınmadı.

- Amma onlar hamısı amerikalılardır…

- Hamısı amerikalılardır, lakin yaratmağa və irəliləməyə hazır olan vahid xalq olmadılar. Xaos, tənəzzül, irqi qarşıdurmalar görürük. Bu gün orada qara irqçilik geniş yayılıb, ABŞ-ın ağ əhalisinə qarşı rəngli irqçilik. Bu dərin bir parçalanmadır.

Amerika bu gün, məsələn Ukrayna kimi parçalanmışdır. Aydındır ki, orada Tramp üçün, möhkəm mühafizəkar dəyərlər üçün, Amerikanı yenidən böyük etmək üçün, ənənəvi bir ailə üçün, sərbəst olaraq odlu silahlara sahib olmaq üçün ən azı 70 milyon insan var.

Əlbəttə ki, əsas Amerika dəyərləri, Baydenin Amerikaya gətirdiyi insanlara, fikirlərə və ideologiyaya ziddir. Buna görə ABŞ-ın taleyinin nə qədər proqnozlaşdırıla biləcəyi ilə bağlı çox narahatlığım var. Qızdırmalar və titrətmələr var, bunun necə bitəcəyi bilinmir.

Ən əsası, nüvə silahları üzərindəki mərkəzləşdirilmiş nəzarət sistemi- Baydenin əlində olacaq nüvə çemodanıdır. Allah qorusun ki, o nüvə çamadanının düyməsini, məsələn prezidentin su dolabının qapısının dəstəyi ilə qarışdırmasın.

Burada bəzi başqa nəzarət sistemlərinə ehtiyac var. Birinin belə yuxarı bir yaşda olan Baydenin ölümcül səhvlər etməməsi üçün onu idarə edəcəyinə inanacağıq. Heç olmasa mühafizəçisinin.

- Xarici siyasətdə edilə biləcək bütün səhvləri, Bayden çoxdan- bu istiqamətdən məsul olduğu zaman etmişdi. İraq, Əfqanıstan, Liviya, Suriya və sair - "tumurcuqlarımız hər yerdə yetişdi." Buna görə də adi üslubunda hərəkət etməyə başlayacağını düşünmək üçün bütün əsaslar var. Koronavirus da daxil olmaqla, ABŞ-da mövcud olan çox çətin bir vəziyyətlə əlaqəli, həmçinin də yaşı və sağlamlığı nəzərə alındıqda, dünyada demokratiya tətbiq edilməsinə qətiyyən uyğun olmaya bilər. Necə düşünürsünüz? Bizim üçün daha yaxşı ola bilərmi?

- Belə düşünmürəm. Rusiyanın birbaşa düşmənləri yeni rəhbərliyə qoşulmağa dəvət edildi. Viktoriya Nuland, Rusiyaya dərin bir nifrət hissi bəsləyir. ABŞ-ın Moskvadakı keçmiş səfiri Makfol qayıdır, Kerri geri dönür.

Bunlar kifayət qədər güclü və təhlükəli oyunçulardır. Rusiyanın güclü və zəif tərəflərini bilirlər. Makfol Rusiyadakı qeyri-sistem müxalifət liderlərinin hamısını tanıyır. Hər halda Amerika rəhbərliyinin qlobal hədəfləri eyni olaraq qalır - ölkəmizin inkişafını dayandırmaq və geri çəkdirmək.

Biz ABŞ-ın potensial hərbi düşməniyik və əlbəttə ki, Amerikanın Rusiyaya qarşı açıq hərbi qarşıdurmasında heç bir şey işıq saçmır, çünki nüvə silahları nisbətləri tarazlaşdırır. Buna görə də əsas güc Rusiyanı daxildən sarsıtmaq üçün iqtisadi metodlara qoyulacaqdır.

Bu, “Şimal Axını- 2”-yə vurulan zərbə, Amerikanın düşmənlərinə qarşı sanksiyalar haqqında bədnam qanunun istifadəsi, Rusiya dövlət borcuna qarşı iqtisadi sanksiyaların tətbiqi- əslində, xarici investorların Rusiya qiymətli kağızlarına investisiya qoyuluşlarının qadağan edilməsi və digər bütün mümkün tədbirlər ola bilər.

Tərcümə: Elçin Bayramlı