Ulviranı biabır etdilər - NİYƏ? - VİDEO

27 Yanvar 2021 14:14 (UTC+04:00)

Tanınmış fitness məşqçisi Kamil Zeynallı aparıcı Ulvira Qarayevanın verilişində qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı aparıcı Kamilin həbsindən suallar verib. Sualları elə tərzdə ünvanlayıb ki, sanki idmançını pərt eləmək istəyir. Lakin Ulvira özü gülünc vəziyyətə düşüb.

Belə ki, verilişdən kadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlarda aparıcının Kamilə "Hansısa erməni qadınının alt paltarını əlində göstərirdin.

Tamaşaçılarda sual yarandı ki, Kamil döyüşmür, gedib hansısa qadının buzqalteri əlində videolar çəkir. Bunu edəndə nə fikirləşirdin, imicinə müsbət gətirəcəyini düşünürdün?"

Kamil isə cavabında bu sözləri deyib: "Ora hərbçi ermənilərin evi idi. Mənim imicimə zərər gətirən adamlar guya özləri nə edib? Gəlib onda evlərə girərdilər. Onda biz hələ digər rayonları azad etməmişdik. İkinci rayonda idik, Cəbrayılda idim. Başımızın üstündən toplar, raketlər gedirdi. Qınayanlar gəlsinlər görüm elə yerdə dayana bilərlərmi? Mən arxa cəbhədə idim, amma ön cəbhəyə də gedirdim. Siz nə bilirsiniz ki, mən ordu ilə birgə döyüşməmişəm?"

Sosial şəbəkələrdə yayılan videoya isə izləyicilər sərt reaksiya verib. Belə ki, onun ancaq qadın buzqalterindən danışması izləyiciləri özündən çıxarıb. Çoxsaylı şərhlər yazaraq Ulviranı biabır ediblər.