Əli Kərimli mənfurluğu: şəhid faktorunu siyasi alətə çevirən vicdansızlıq! TƏRS BAXIŞ+FOTOLAR

27 Yanvar 2021 13:06 (UTC+04:00)

Yaxud, oğlunu əli azərbaycanlıların qanına batmış Bako Saakyanın oğlu ilə sövdələşmək üçün ABŞ-a göndərən xain

AXCP sədri Əli Kərimlinin zaman-zaman şəhidlərimiz üzərindən öz mənfur, xəyanətkar əməllərini həyata keçirmək cəhdləri barədə yüzlərlə faktlar var. Bu gün kimsə unutmayıb ki, məhz Əli Kərimli Yanvar və Xocalı şəhidlərimizin anım mərasimlərində ümumxalq hüznünü öz kirli siyasi oyunbazlıq alətinə çevirməyə çalışıb. Bütün bu kimi danılmazlıqlar, eyni zamanda sübut edir ki, fəaliyyətini “milli müxalifətçilik” saxtakarlığı üzərində quraraq, əslində, düşmən dəyirmanına su tökməklə məşğul olan bu cəbhəbaşı özü ilə birlikdə aldadaraq ətrafına topladığı gənclərə də öz acı zəhərini ilhaq edir. Söz yox ki, bu cür ürəkbulandırıcı addımlar həm də Azərbaycan dövlətinin və xalqının düşmən üzərində qazandığı qələbənin üzərinə kölgə salmağa hesablanmış məsələdir və belə manipulyasiyalardan ilk növbədə düşmənlər – yəni ermənilər bizim əleyhimizə istifadə etməyə çalışırlar.

Qoçu Tofiq Yaqublu... Əxlaqsız Fatimə Mövlanlı...

Üstəlik, şəhidlərimiz, onların ailələri üzərindən ləyaqətsiz və şərəfsiz oyunlar oynayan daha bir şəxsin – Tofiq Yaqublunun da Əli Kərimlinin “zurnasına” züy tutması artıq belə bir qənaətə gəlməyə zəmin yaradır ki, bu ünsürlərin əlində olsa, elə günü bu gün keçərlər düşmən cinahına və murdar gərdanlarına düşmən çörəyi doldurmaq planlarını sevə-sevə icra edərlər.

Bu arada, AXCP sədrinin “katibə-referenti”, “operatoru”, öz anasını döydüyünə görə dəfələrlə polis orqanlarına düşən, pozğun həyat yaşamağı üstün tutan, bir əlində araq badəsi, damağında siqaret tutaraq gecə barlarında göbək atan, heç bir milli-mənəvi dəyərlərə hörmət göstərməyən Fatimə Mövlanlının da bu məsələdə yer alması, yəni şəhidlər üzərindəki manipulyasiyalarda iştirakı onun şəhid ailələrinin problemlərinə “canıyanmaq” artistliyini ortaya qoymaqdadır.

Demək ki, şəhid ailələrinin affekt halından, hiss və həyəcanından sui-istifadə məqsədləri, planları var...

Bu arada YAP-ın Gənclər Birliyinin sosial media qrupunun rəybəri Ramil Vəlibəyovun qeydlərini nəzərə çatdırmaq yerinə düşərdi. “Sual edəcəksiniz ki, Əli Kərimli və Tofiq Yaqublunun bu işə nə dəxli? O zaman ortaya sual çıxır ki, problemini, dərdini dövlət qurumuna demək üçün gələn şəhid ailələrinin yanında Əli Kərimlinin özəl operatoru Fatimə Mövlanlı nə gəzir? Təsadüfün bu qədəridirmi ki, hər dəfəsində Fatimə Mövlanlı hadisə yerində peyda olur? Əgər belədirsə, nə üçün başqa şikayətçilərin yanında olmur, bu Fatimə? Demək ki, şəhid ailələrinin affekt halından, hiss və həyəcanından sui-istifadə məqsədləri, planları var...”, deyə yazan media qrupunun rəhbəri AXCP sədrinə xitabən qeyd edir: “Əli Kərimli, şəhidlər və onların ailələri siyasi alət yox, cəmiyyətimizin baş tacıdır. Oğlun Türkelin, qızın Selcanın ABŞ-da, Britaniyada bahalı həyatını təmin etmək üçün şəhid ailələrini aldatmaq, onlara şəhid qəbrini dağıtdırmaq, bütün bunları da sosial şəbəkələrdə yaymaq, sadəcə, mənəviyyatsızlıqdır. Oğlunu hərbi xidmətdən yayındırmağın bəs deyilmiş kimi, gənclər Qarabağ üçün ön və arxa cəbhədə vuruşarkən, sənin oğlun ABŞ-da eyş-işrət məclislərində kef edirdi. Ən azından buna görə xəcalət çəkirsənmi?”

Əgər sənin şəhid ailələrinə və qazilərə hörmətin olsaydı, sentyabrın 27-dən bu günə qədər bircə dəfə də olsun bir şəhid ailəsinin, yaxud qazinin qapısını döyərdin, köməklik edərdin

Bəli, bu kimi dəlillər, sübutlar və haqlı iradlar çoxdur, hətta kifayət qədər çoxdur və onların hər birinin arxasında sözün əsl mənasında Əli Kərimlinin və ətrafının iyrənc siyasi oyunbazlıq maraqları dayanır. Və bu həmin Əli Kərimlidir ki, onun üz-gözünü bu qədər “cırması” heç də Azərbaycan xalqına və dövlətinə qarşı sərgilədiyi xəyanətlərini ört-basdır etmir. Əksinə, daha çox ifşa edir. Halbuki, şəhid ailələrinin problemlərini dövlət həll edəcək, edir də!

Bu barədə də qeyd olunur: “Məlum ərazidə Şəhidlər Xiyabanı kompleksi salınacaq, ora gənc nəsil üçün ziyarətgaha çevriləcək. Amma xəyanət ləkəsi yenə də sənin kimilərin üzərində olacaq. Əgər sənin şəhid ailələrinə və qazilərə hörmətin olsaydı, sentyabrın 27-dən bu günə qədər bircə dəfə də olsun bir şəhid ailəsinin, yaxud qazinin qapısını döyərdin, köməklik edərdin. Xeyr, heç zaman etməmisən və bundan sonra da etməzsən.

Çünki sən:

- Qarabağın işğalına şərait yaratmış hakimiyyətin başında duranlardan olmusan,

- Qondarma soyqırımına görə ermənilərdən üzr istəyənlərlə eyni masanı paylaşırsan,

- Oğlunu əli azərbaycanlıların qanına batmış Bako Saakyanın oğlu ilə sövdələşmək üçün ABŞ-a göndərirsən,

- Şəhidlər Xiyabanının yerində restoran tikmək istəyən Rüstəm İbrahimbəyov kimisinin prezident olmasına çalışmısan,

- Şəhidlərimiz və qazilərimiz sayəsində qazanılmış qələbəni "mühüm olmayan" adlandırmısan,

- 44 gün ərzində şəhidlərimizin şəklini paylaşmaqla erməni kəşfiyyatına məlumat ötürmüsən və s. xəyanət siyahısını çox uzatmağa dəyməz...

Bu gün Azərbaycan xalqına və dövlətinə azad etdiyimiz torpaqları cənnətə çevirmək üçün birlik lazımdır. Lakin AXCP və Milli Şura dövlətimizin təməlinə külüng vururlar. Ümid edirəm ki, müəyyən səbəblərdən narazılığı olan həmin şəhid ailələri də onların hiss və həyəcanından sui-istifadə edənlərin əsl simasını görəcək, onlara dövlətə zərbə vurmaq üçün fürsət verməyəcəklər. Onlar da fərqinə varacaqlar ki, övladları Əli Kərimli kimilərin siyasi oyunlarına görə deyil, Vətən naminə canından keçib, şəhid olublar...

Allah şəhidlərimizə rəhmət eləsin!”

Görəsən, cəbhəbaşı Əli Kərimli, qoçu Tofiq Yaqublu və əxlaqsız Fatimə Mövlanlı gecələr yatarkən hansı çirkablara bulaşdıqları barədə özlərinə hesabat verib, ən azından daxillərində vicdan əzabı çəkirlərmi? Əsla, inandırıcı deyil, ona görə inandırıcı deyil ki, belələrində ümumiyyətlə vicdan, mənəviyyat və ləyaqət hissləri olmayıb, yoxdur və belə görünür ki, heç vaxt olmayacaq da!

Rövşən RƏSULOV