Fərman İsmayılovun nəşi Bakıya gətirildi FOTO

27 Yanvar 2021 12:22 (UTC+04:00)

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Bakıya gətirilib.

SİA-nın məlumatına görə, Fərman İsmayılovun nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdırılıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəmin heyətinin 19 üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.