Avtomobil elektrik dirəyinə çırpıldı - Sürücü öldü

27 Yanvar 2021 12:40 (UTC+04:00)

Tərtər rayonunun Qaynaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanvarın 26-da saat 12 radələrində Tərtər rayonunun Qaynaq kəndi ərazisində M.Mirzəyev idarə etdiyi “Reno” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.