Evdən qızıl-zinət əşyaları oğurlandı

27 Yanvar 2021 12:26 (UTC+04:00)

Nəsimi rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən S.Məmmədova saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 40.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.